Bu qanun turizmin inkişafına təkan verəcək - İQTİSADÇI

Bu qanun turizmin inkişafına təkan verəcək - İQTİSADÇI

“Turizm Azərbaycan üçün prioritet sahələrdən biridir. Nəzərə alsaq ki, turizm Azərbaycanda neft sektorundan sonra ölkənin çox vacib sahələrindəndir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, turizmin inkişafı və dəstəklənməsi naminə ayrıca bir qanunun imzalanmasına ehtiyac var idi. Parlamentdə qəbul olunan bu qanun ölkə rəhbəri tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minib. Bu qanun bir tərəfdən turizmdə həm idarə etmənin, həm də bu sektora dövlət dəstəyinin artırılması imkan verəcək. Bununla da, turizm reyiser sistemi yaratmaq, bələdçi sisteminin təkminləşdirilməsi, ölkəyə gələn turistlərin və daxili turizmin həcm sayının artırılmasına şərait yaranacaq. Qanunun qəbul olunmasından sonra xüsusilə də karantin qaydalarının yumşalması fonunda Azərbaycan gələcək turistlərin sayının artmasına, ölkədə turizmin inkişafının genişlənməsinə kömək edcək. Təbii ki, turizmdə keyfiyyətin artırılması, qiymətlərin optimallaşdırılması kimi ənənəvi məsələləri həll etmiş olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə