Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 16-da 100,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,1 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 99,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,14 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 92,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,55 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,14 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə