Latviya ixracat üzrə Avropa İttifaqında lider ölkələr sırasındadır

Latviya ixracat üzrə Avropa İttifaqında lider ölkələr sırasındadır

Latviyanın ötən il ixracat artımı Avropa İttifaqında (Aİ) ən yüksək artımlardan biri olub.

SIA xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.

Bildirilib ki, 2020-ci illə müqayisədə ötən il Latviyanın ixrac həcmi 24 faiz artıb. İxracatda eyni artım səviyyəsi yalnız Belçika və Bolqarıstanda qeydə alınıb.

Qeyd edilib ki, ötən il ixrac artımı ən yüksək Yunanıstanda (30 faiz), Estoniya və Xorvatiyada (28 faiz) olub. Litvada ixracat artımı 21 faiz təşkil edib, ən az isə İrlandiyada olub (2 faiz). Ötən il bütün Aİ ölkələrində ixracat həcmi artıb.

Əvvəlki illə müqayisədə bütün Aİ ölkələrində idxal həcmi də artıb. Ən böyük artım Estoniya və Sloveniya (32 faiz), Litvada (30 faiz), Latviya və Bolqarıstanda qeydə alınıb (28 faiz).

Bütün xəbərlər Facebook səhifəmizdə