SİA-nın əldə etdiyi məlumata görə, belə bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib. O, Vaşinqtonda nazirlər səviyyəsində keçirilən ABŞ-Avropa İttifaqı Enerji Şurasının iclasında iştirak edib.
“Prezident Co Bayden ABŞ-ın Avropaya enerji təchizatında hər hansı bir fasilənin aradan qaldırılmasına kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib. Və həqiqətən də, biz artıq bunu edirik. Qısa müddətdə təbii qaz tədarükünün artırılması ilə bağlı bütün dünyada hökumətlər və əsas yanacaq təchizatçıları ilə müzakirələr aparırıq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzü səbəbindən enerji təhlükəsizliyi təhdid altında olan Ukraynaya da kömək edilməsi nəzərdə tutulub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB