“Azərkosmos”un xidmət ixracından gəliri 45 milyon dolları ötüb
2021-ci ildə “Azərkosmos” ASC dünyanın 41 ölkəsinə 45,3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. SİA bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.
Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
2021-ci ilin dekabr ayında “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon dollar dəyərində xidmət ixrac edib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB