Gəmiçilik ötən il 15 tona yaxın əlvan metalı təkrar emala göndərib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

SİA-nın əldə etdiyi məlumata görə, ASCO-dan bildirilib ki, 2021-ci ilin nəticələrinə görə, ASCO gəmilərindən 69,233 kubmetr plastmas, 667,555 kubmetr qida qalığı, 527,274 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və sair), 81,985 kubmetr istismar tullantısı, 505 kubmetr neft qalığı, 6824 kubmetr döşəməaltı lyal sular, 95 min 364,58 kubmetr məişət təsərrüfatında çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 154 kubmetr çən dibində formalaşmış neftli şlam, 10,66 ton yanmış qəlib qumu, 1358,98 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 77 min 671,49 ton məişət çirkab suyu, 1059 ton neftli döşəməaltı-lyal su, 204,547 ton sürtgü yağı, 4059,23 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və sair), 1089,3 kubmetr qida qalığı, 171,41 kubmetr polimer əsaslı və plastmas tullantı, 109,9019 kubmetr yağlı və neftli tullantı, 133,85 kubmetr müxtəlif rezin tullantı, 117 ədəd akkumulyator və halvanik element, 627,66 kubmetr istismar tullantı, 36 kubmetr elektron tullantı, 1,27 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, ötən il ərzində ümumilikdə 2,74 ton kağız, 1,1842 ton plastmas, 7298,504 ton qara metal, 14,901 ton əlvan metal isə təkrar emala göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə