Bakıda Aqrar-turizm İnvestisiya Forumu keçirilir - FOTOLAR

Bakıda Aqrar-turizm İnvestisiya Forumu keçirilir - FOTOLAR

27 yanvar tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Tərəfdaşlıq Fondu və "Konstitusiya" Araşdırmalar Fondunun icra etdiyi "AgriVision" layihəsi çərçivəsində Bakıda Aqrar-turizm İnvestisiya Forumu keçirilir. SİA xəbər verir ki, forumun əsas məqsədi Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçıları üçün turizm istiqamətlərinin inkişaf strategiyalarını, biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynamaqdır.

Qeyd edək ki, investorlar arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumlarının, kənd yerlərinin inkişafı, kənd təsərrüfatı və turizm sahələrində çalışan beynəlxalq donor təşkilatlarının (UNDP, FAO və USAID) nümayəndələri forumda iştirak edirlər.

Həmçinin kiçik və orta fermer təsərrüfatlarının, müəssisələrlə işləyən maliyyə institutlarının, həmçinin kənd turizm imkanlarını maliyyələşdirməkdə maraqlı olan dövlət və özəl şirkətlərin, fərdi sahibkarlar tədbirə dəvət olunub.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə