Neft qazma qurğularının sayı azalıb

Neft-mədən xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, ABŞ-da 15-21 yanvar tarixlərində neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 491 ədəd olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, cümə axşamı 88,38 dollarla bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 87,74 dollarla başa çatıb. Qərbi Texas (WTI) tipli xam neftin bir barelinin qiyməti cümə günü 84,84 dollar olub. WTI tipli xam neft cümə axşamı günü 86,90 dollara qalxıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...