"Bitkoin" (BTC) və kriptovalyutalarda geriləmə yavaşlamır. SİA xarici mətbuata istinadən xəbər verir ki, kriptovalyuta bazarında aparıcı rola malik olan "Bitkoin", təxminən 6 ayın ən aşağı səviyyəsinə çataraq 35 440 dollara düşüb. Noyabrın 10-da 69 min dollarla öz tarixi zirvəsinə çıxdıqdan sonra "Bitcoin" dekabrın əvvəlində 55 min dollardan aşağı düşüb. Tarixi zirvəsindən sonra "Bitkoin" 48 faiz itirib. Bununla belə, digər 2 əsas kriptovalyuta "Ethereum" (ETH) 2403 dollara, "Binance Coin" (BNB) isə 380,8 dollara qədər geriləyib. Bu son kəskin enişlərlə kripto pul bazarında dəyər itkisinin 500 milyard dolları keçdiyi bildirilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə