Rostov-Dondan Bakıya birbaşa uçuşlara başlanılıb

Bu gündən etibarən Rusiyanın “Azimut” aviaşirkəti Rostov-Dondan Bakıya birbaşa aviareys üzrə uçuşlara başlayıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, uçuşlar Rostov-Don hava limanından həftədə bir dəfə (cümə günləri) həyata keçirilir.
Uçuşlar yerli vaxtla Rostov-Dondan saat 08:00-da, Bakıdan isə saat 12:10-da olacaq.
Qeyd edək ki, hazırda “Azimut” Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə