Azərbaycanda 4 günlük iş qrafiki tətbiq olunacaqmı? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
Dörd günlük iş həftəsi bu gün inkişaf etmiş ölkələrdə müzakirə edilən məsələlərdəndir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məçlisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycanda da təbii ki, əmək bazarı və əmək bazarının tələblərinə uyğun olaraq, beynəlxalq praktikada nəzərdə tutulan və tətbiq olunan təcrübələr öyrənilir.
“Azərbaycan üçün, düşünürəm ki, indiki halda həm vacib məsələlərdən biri məhz qeyri-leqal məşğulluğun leqallaşdırılması və bu istiqamətdə fəaliyyətin genişləndirilməsidir. Nəzərə alaq ki, son illər biz məşğulluğun leqallaşdırılması istiqamətində ciddi addımların atılmasını müşahidə edirik və bu da təbii ki, nəticə etibarı ilə yeni əmək müqavilələrinin bağlanmasında özünü göstərir.
Eyni zamanda təbii ki, əmək hüquqlarının qorunması sahəsində də sistemli tədbirlər prioritetdir və bu istiqamətdə də işlər gedir. O baxımdan bütövlükdə məşğulluğun leqallaşdırılması prosesinin sürətlə aparıldığını nəzərə alsaq, artıq növbəti mərhələdə iş günlərinin sayı, o cümlədən iş saatlarının sayı ilə bağlı məsələlərin müzakirəsi mümkündür. Amma düşünürəm ki, indiki halda əmək bazarı ilə bağlı prioritetlik məşğulluğun leqallaşdırılması və əmək hüquqlarının tam şəkildə qorunması mexanizminin gücləndirilməsindən ibarətdir”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB