Banklar vətəndaşlara niyə yalançı sms göndərir? - İQTİSADÇI-EKSPERT MÖVQE BİLDİRDİ
"Ümumiyyətlə, istehlakçılara yalan məlumatların verilməsi qanunla qadağandır. Çünki bu əslində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna ziddir". Bu sözləri SİA-ya açıqlamasında iqtidisadçı-ekspert Vüqar Bayramov deyib.
Vüqar Bayramov bu barədə fikirlərini belə izah edib: "İstər banklar, istər digər qurumlar, eyni zamanda maliyyə xidməti göstərən təşkilatlar müştəriyə onun ödəmə qabilliyətinə və ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Əgər mesaj göndərdiyi müştərinin ödəmə qabiliyyəti və gəlirləri ilə bağlı məlumatlara malik deyilsə, o zaman kreditin şərtləri ilə bağlı məlumat ötürməlidir ki, hansı şərtlər daxilində hansı kreditləri ala bilər. Yəni vətəndaşlara ümumi məlumatların göndərilməsi və hətta onun ödəmə qabiliyyətləri və gəlirləri nəzərə alınmadan o məlumatların ötürülməsi istehlakçı hüquqlarına ziddir. Bu əslində istehlakçı hüququnun pozulması anlamına gəlir. Çünki vətəndaşa o tip məlumat gəlir vətəndaş gedir və burada müəyyən vəsait və zaman sərf edir. Sonradan isə məlum olur ki, onun o şərtlərdə və miqdarda kredit götürmək hüququ yoxdur. Ona görə də, tənzimlənmə olmalıdır. Mərkəzi Bank tərəfindən detallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bankların göndərdiyi sms-lər və ya kredit götürməklə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB