Türkiyənin sənaye ixracatı yüksək səviyyəyə çatıb

Türkiyənin sənaye ixracatı yüksək səviyyəyə çatıb

Türkiyənin sənaye ixracatı 2021-ci ildə əvvəlki ilə nisbətən 34 faiz artımla 170 milyard 880,4 milyon dollara yüksələrək bura qədərki ən yüksək səviyyəsinə çatıb.

SİA xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, Türkiyənin ixracatı 2020-ci illə müqayisədə 32,9 faiz artaraq 225 milyard 367,7 milyon dollara yüksəlib.

Türkiyənin sənaye ixracatı da 2021-ci də əvvəlki ilə görə 34 faiz artaraq 170 milyard 880,4 milyon dollar olub. Bununla sənaye sektorunun ixracatı bura qədərki ən yüksək səviyyəsinə çatdı.

Sektorun ixracatı 2021-ci ildə ümumi ixracatın 75,8 faizini meydana gətirib.

Sənayeyə bağlı sektorlar arasında keçən il ən çox ixracatı 29 milyard 342,8 milyon dollarla avtomobil sənayesi reallaşdırıb.

Avtomobil sənayesindən sonra 25 milyard 348,5 milyon dollarla kimyəvi maddə və məmulatlar, 22 milyard 351,4 milyon dollarla polad, 20 milyard 250,4 milyon dollarla hazır geyim və parça, 14 milyard 176 milyon dollarla elektrik-elektronik sektorları sənaye ixracatındakı ilk 5 sektorda yer alıb. 2021-ci ildə sənaye ixracatında bu sektorlara ən çox tələbat Almaniya, daha sonra Amerika Birləşmiş Ştatları, İspaniya, Birləşmiş Krallıq, Norveç, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyadan gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə