Kim dünya bazarında lider olacaq? 10 İLDƏN SONRA

Kim dünya bazarında lider olacaq? 10 İLDƏN SONRA

Maliyyə analitiki Mixail Belyaev dünya iqtisadiyyatının necə inkişaf edəcəyi və on ildən sonra kimin lider olacağı barədə açıqlayıb. SİA xəbər verir ki, bu barədə maliyyə analitiki Lenta.ru saytına bildirib.

Belyayevin sözlərinə görə, bu müddət ərzində bazar Şərq-Qərb xətti üzrə yarıya bölünəcək. Təhlilçi bildirib ki, liderlər müvafiq olaraq Çin və ABŞ olacaq, amma liderlik Şərqdə qalacaq və ABŞ Çinə çatmaq üçün çalışacaq.

"Qərb Birləşmiş Ştatların nəzarəti altında və şərq də Çinin nəzarəti altında olmaqla dünya iki iqtisadi mərkəzə bölünəcək. Mənim fikrimcə, Şərq Qərbə hakim olacaq", deyə analitik açıqlayıb.

Analitik bildirib ki, Rusiyanın da öz yerini tutmaq şansı var.

"Bizim bütün lazımi resurslarımız, əlverişli ərazi mövqeyimiz var. Amma istənilən nəticəni verə biləcək iqtisadi siyasət yoxdur. Biz hər şeydən istifadə edə bilərik ki, ildə 7-8 faiz artım əldə edək, o zaman elmi, texnologiyanı, fundamental tədqiqatları inkişaf etdirməyə başlanılacaq”, deyə iqtisadçı proqnozlaşdırıb.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Hərbi Hava Qüvvələri Universitetinin ekspertləri hesabat dərc ediblər və hesabatdan belə nəticə çıxır ki, 2024-cü ildə Rusiyada sabitliyin pozulması ehtimalına Vaşinqton artıq inanmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə