"Azərsu" ASC işğaldan azad olunmuş ərazilərdə HANSI İŞLƏRİ GÖRÜR? - QURUM RƏSMİSİ AÇIQLADI
""Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ildə əsasən Şuşa şəhərində işlər görülüb". Bu sözləri SİA-ya açıqlamasında "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, Şuşa şəhərini içməli su ilə təmin edən əsas mənbə olan kiçik Kirs mənbəyindən Şuşa şəhərinə çəkilmiş magistral su kəmərinin 5,7 kilometrlik hissəsi polad borularla yenidən qurulub: "Bu proseslər çətin relyefdə, mürəkkəb şəraitdə həyata keçirilib. Eyni zamanda Laçın və Kəlbəcər rayonlarında artıq bizim hərbi və mülki obyektlərin su təsisatı ilə bağlı işlər görülüb. Təxminən bu iki rayonda üst-üstə 20 kilometrdən çox xətt çəkmişik. Bildiyimiz kimi Ağdam rayonu ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradıldı. Həmin monitorinq mərkəzinin həm içməli, həm də tullantı su infrastrukturunun yaradılması işlərini həyata keçirdik. Orada bir ədəd su anbarı, nasos stansiyası tikildi. Təxminən 2 kilometrdən çox paylayıcı su xətləri çəkildi. Eyni zamanda bir ədəd tullantı suların toplanıb-daşınması üçün septik qurğu quraşdırıldı. Hazırda tullantı su infrastrukturu tamamilə işlək vəziyyətdədir. Eyni zamanda bildiyimiz kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə yəni, Şuşada, Cəbrayılda və Hadrut qəsəbəsində fasiləsiz xidmət göstərən şəxsi heyətimiz var və onlar həmin ərazilərdəki öz üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetirirlər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB