ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir - NAZİR

ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir - NAZİR

"Hesab edirik ki, iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir". SİA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi artım bərpa edilib ki, bu da olduqca önəmlidir: “ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir. Tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətlənməsi nəzərə çarpır".

Qiymətləndirmələrə əsasən 2021-ci il üzrə iqtisadi artım tempinin 5 faizdən yuxarı olmasını gözləyirik. Bu, həm beynəlxalq təşkilatların, həm də bizim ilkin proqnozlarımızla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir”, - deyə nazir bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə