Yanvar-noyabr aylarında ölkədə 1992 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 350 ədəd çox minik avtomobili istehsal olunub.
SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 399 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB