Azad Ticarət Zonasının yaradılması Azərbaycana iqtisadi töhfə verəcək - EKSPERT RƏYİ
“Fikrimcə, Azərbaycan GUAM təşkilatı ilə perspektiv münasibətlərinə geosiyasi ampuladan daha çox geoiqtisadi konketksdə yanaşacaq. Vaxtında bu təşkilata geosiyasi faktorlara görə daxil olmuşduq, amma indi GUAM-la münasibətlərdə daha çox iqtisadi və tranzit imkanlarından istifadə etmək istəyirik”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
.jpg)
Ekspertin sözlərinə görə, yəni, ölkəmiz bu təşkilatın tranzit imkanlarından istifadə etməyə və burada təmsil olunan dövlətlər vasitəsilə özünün Xəzər dənizindəki enerji resurslarını Avropa bazarına çıxarmağa çalışacaq: “Bu mənada Azərbaycan, hətta Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Fikrimcə, Azad Ticarət Zonasının yaradılması iqtisadi cəhətdən Azərbaycanın GUAM vasitəsilə əldə edəcəyi mənfəətlərə hesablanıb. Ümumiyyətlə, bizim Avropa ölkələrinin qaz ilə təchizatına bağlı həyata keçirilən siyasət Rusiya ilə rəqabətə girmək fikrindən irəli gəlmir. Çünki Rusiya Avropanı 100 milyard kub metrlərlə neft və qaz ilə təmin edir. Bu mənada təbii ki, Azərbaycanın Avropada Rusiya ilə rəqabət aparmaq imkanları o qədər də böyük deyil. Ona görə də ölkəmiz Rusiya ilə münasibətlərdə problem yaşanmamasını istəyir”.
Politoloq qeyd edib ki, GUAM-ın yaradılmasına daha çox geosiyasi faktorlar səbəb olub: “Bu təşkilatın ilk yarandığı dövrdə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin iqtidarının separatizm siyasətindən əziyyət çəkən ölkələr birləşmişdilər. Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadan gedir. Yəni həmin illərdə Rusiya bu və ya digər şəkildə adıçəkilən dövlətlərin ərazi bütövlüyünə qəsd etmiş separatçı qüvvələrə dəstək verirdi. ABŞ da öz növbəsində Rusiyanın MDB məkanındakı dövlətlərə təsir imkanlarını məhdudlaşdırmaq və Xəzərin enerji resurslarından istifadə edə bilmək üçün GUAM təşkilatının yaranmasına şərait yaratdı”.
E.Manafov vurğulayıb ki, sonradan Vladimir Putinin hakimiyyətə gəlməsilə Azərbaycan və Rusiya münasibətlərində kifayət qədər kardinal dəyişikliklər baş verdi: “Hətta Putin dövlət başçısı olaraq ilk rəsmi səfərini Azərbaycana etmişdi. Rusiyanın Dağlıq Qarabağ probleminə münasibəti Cənubi Osetiya və Abxaziya kimi məsələlərdən fərqli idi. İkinci Qarabağ müharibəsində belə, Rusiya beynəlxalq hüququn normalarına uyğun bir mövqe nümayiş etdirdi. Kreml müttəfiqi olan Ermənistanı Azərbaycanla savaşda təkbətək qoydu. Putinin bu addımı isə faktiki olaraq Ermənistanın məğlubiyyətinə şərait yaratdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB