Avropada qazın qiyməti 1500 DOLLARDAN AŞAĞI DÜŞÜB

Avropada qazın qiyməti 1500 DOLLARDAN AŞAĞI DÜŞÜB

Avropada qaz fyuçerslərinin qiymətləri ticarətin bağlanışına qədər demək olar ki, 30% azalaraq min kubmetr üçün 1500 dollardan aşağı düşüb. SİA xəbər verir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb.

Məlumata görə, qiymətlər ticarətin açılışından bəri korreksiyaedici eniş göstərib və gün ərzində təxminən 500 dollar enib. Avropanın ən likvid mərkəzi olan Hollandiyanın TTF indeksində yanvar fyuçerslərinin dəyəri 1916,2 dollardan ən aşağı səviyyəyə - 1450 dollara düşüb.

Xatırladaq ki, birja kotirovkaları keçən həftənin ikinci yarısında kəskin yüksəlib. Bazar əhval-ruhiyyəsinə Almaniya Federal Şəbəkə Agentliyininr rəhbəri Yoxen Homanın “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılması ilə bağlı qərarın gələn ilin birinci yarısında yəqin ki, qəbul edilməyəcəyi barədə açıqlamaları təsir edə bilərdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə