Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 1,4 faiz artaraq 2 631,5 mln. manat təşkil edib.
SİA xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk 11 ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,6 faiz artaraq 5 693,6 manat təşkil edib.
Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Hesabat dövründə sənaye üzrə 991,79 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB