Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 85 mlrd. kubmetrdən çox təbii qaz ötürülüb. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək Trans-Anadolu boru kəməri ilə (TANAP) 13,6 mlrd. kubmetr təbii qaz nəql olunub.
"Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 mlrd. kubmetr təbii qazın 5,1 mlrd. kubmetri TANAP-ın payına düşüb", - nazir qeyd edib.
Nazir çıxış zamanı "STAR" Neft Emalı Zavodu, "Petkim" kimi layihələrin timsalında Azərbaycanın Türkiyədəki investisiya fəaliyyətinə də toxunub: "Azərbaycanın Türkiyədəki sərmayəsi 19 mlrd. dollardan çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB