Müdafiə və aeronavtika sənayelərinin yeni ixracat rekordu

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə...

2021-ci ilin 11 ayında edilən 2 milyard 793 milyon 974 min dollarlıq ixracat Türkiyə müdafiə və aeronavtika sənayesinin yeni ixracat rekordu oldu. SİA bu barədə xarici mətbuata istinad edir.

Müharibə meydanlarındakı uğurlar Türkiyə müdafiə və aeronavtika sənayesi məhsullarının dünyadakı dəyərini artırır.

Daxili təhlükəsizlik əməliyyatları ilə yanaşı, sərhədindən kənardakı əməliyyatlarda da ortaya qoyulan üstün performans Türkiyənin yerli və milli məhsullarına marağı və bu səbəbdən də ixracatını artırır.

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, müdafiə və aeronavtika sənayesi epidemiyanın təsirinin hələ tam keçməməsinə və ölkələrin prioritetlərinin sağlıq başda olmaqıa fərqli sahələrə yönəlməsinə baxmayaraq, 2021-ci il tamamlanmadan Türkiyə yeni ixracat rekordu əldə etdi.

Sektor 2020-ci ilin 11 ayında 1 milyard 999 milyon 306 min dollarlıq ixracat reallaşdırmışdısa, bu ilin eyni dövründə 39,7 faiz artımla 2 milyard 793 milyon 974 min dollarlıq ixracat rəqəminə yüksəlib. Bu rəqəm müdafiə sənayesi və aeronavtika sektorunun yeni rekordu olaraq qeydiyyata düşüb.

2021-ci ili 3 milyard dollardan yuxarı ixracatla bağlayaraq yeni bir eşiyə atlamağa hazırlanan sektorun 11 aylıq ixracatında ilk sırada ötən illərdə olduğu kimi, 1 milyard 32 milyon 615 min dollarla Amerika Birləşmiş Ştatlarıdır. İkinci Qarabağ Müharibəsində ordusunu Türkiyə müdafiə sənayesi məhsullarıyla gücləndirən Azərbaycan ABŞ-dan sonra gəlir. Azərbaycana bu il 192 milyon 126 min dollarlıq ixracat edilib. Üçüncü sırada isə ordusu üçün Türkiyədən zirehli maşınlar, dəniz platformaları və silah sistemləri alan Qətərdir. Qətərə edilən ixracatın iqtisadi qarşılığı 180 milyon 544 min dollar olub.

Türkiyənin son zamanlar xüsusilə, zirehli maşın və pilotsuz uçan aparat ixracatı etdiyi başqa ölkələr də vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə