İnflyasiya son 13 ilin ən yüksək səviyyəsinə çatıb

İtaliyada oktyabrda 3 faiz olan illik inflyasiya göstəricisi enerji qiymətlərinin də təsiri ilə noyabr ayında 3,8 faizə yüksəlib.

SİA xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, oktyabrda 3 faiz olan inflyasiya noyabr ayında bazar proqnozlarını üstələyərək 3,8 faiz təşkil edib. Bu, 2008-ci ilin sentyabrından bəri ən yüksək inflyasiya səviyyəsidir.

Ölkədə inflyasiya aylıq göstəricidə isə 0,7 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə