Yaponiya Nazirlər Kabineti Baş Departamenti Beynəlxalq Sərgi Təqdimat Mərkəzinin əməkdaşı Nakano Takeşi 2025-ci ildə Osaka şəhərində təşkil ediləcək “EXPO” dünya sərgisinə Türkiyənin də dəvət edildiyini bildirərək deyib: "Türkiyənin bütün dünyaya sürpriz edəcək bir şəkildə iştirakını gözləyirik, təkcə şirkətlərinin deyil, həm də xalqının. SİA bu barədə türk mətbuatına istinad edir.
“EXPO 2025” adı çəkilən ilin 13 aprel - 13 oktyabr tarixləri arasında Osaka şəhərinin Yumeşima bölgəsində ediləcək.
Sərgi "Həyatlarımız üçün gələcəyin cəmiyyətini hazırlamaq" devizi altında təşkil olunacaq.
150 ölkə və 25 beynəlxalq təşkilatın iştirakı gözlənilir.
Bu günə qədər 63 ölkə və 5 beynəlxalq təşkilat sərgiyə gələcəyini bildirib.
Bütün dünya ölkələrindən iştirak gözləyirik.
28 milyon 200 min qonağın isə “EXPO 2025” sərgisinə baxmağa gələcəyini təxmin edirik."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB