Aqrar sahədə çalışanlara ən gözəl hədiyyə

Aqrar sahədə çalışanlara ən gözəl hədiyyə

Ölkəmizdə aqrar sahənin təbliğatçılarından biri olan və yaxın zamanlarda 100 illik yubileyini qeyd etməyə hazırlaşan Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikanın ilk muzeylərindən biridir. 1925-ci ildən elmi təmayüllü idarə kimi fəaliyyət göstərdiyi uzun illər ərzində daim axtarışda olan muzey kənd təsərrüfatına aid hərtərəfli, maraqlı məlumatlar toplaya bilmişvə muzeyin direktoru Natiq Qurbanovun baş redaktorluğu ilə həmin materiallardan ilk dəfə olaraq iki cildlik Kənd Təsərrüfatı Ensiklopediyası hazırlamışdır.

Ensiklopediyanın ilk səhifəsində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəngli foto şəkillərivə kənd təsərrüfatı haqqında aşağıdakı fikirləri verilmişdir:

“Torpaqlarımız,hava,su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir”

Heydər Əliyev.

“Kənd təsərrüfatı bizim iqtisadiyyatın çox önəmli bir sahəsidir.Eyni zamanda sosial sahədir. Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və bu sahəyə biz daim diqqət yetirməliyik”

İlham Əliyev.

Ona görə dəmuzeyin həyata keçirdiyi ən önəmli layihələrdən biri olan Kənd Təsərrüfatı Ensiklopediyasında aqrar sahənin bütun bölmələri, onların tarixi, inkişaf mərhələləri, hazırki vəziyyəti, problemləri və gələcək perspektivləri haqqında geniş məlumatlar verilmişdir. Burada Azərbaycanda əkinçilik mədəniyyətinin meydana gəlməsi, onun ayrı-ayrı sahələri, kənd təsərrüfatının inkişafında böyük əmək sərf edərək xüsusi xidmət göstərmiş dövlət və ictimai xadimləri, alimlər, minlərlə əmək qəhrəmanı haqqında ətraflı məlumat almaq mümkündür. Kitablarda Cümhuriyyət dönəmindən bəri fəaliyyət göstərən bütün kənd təsərrüfatı nazirlikəri və nazirləri, idarələri, elmi-tədqiqat institutları, aqrar məsələ ilə bağlı qəbul edilən qanun və qərarlar, keçirilən mühüm dövlət tədbirləri, qurultayvə konfranslar barədə məlumatlar toplanmışdır.

Burada Azərbaycanın bütün inzibatı rayonlarınümumi əraziləri, torpaq və bitki örtüyü, meşə, kənd təsərrüfatı üçün yararlı və yararsız sahələri, suvarmada və su təchizatında cayların və kanalların əhəmiyyəti,dövlət,xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların ümumi vəziyyəti öz əksini tapmışdır.

Ensiklopediyanın əsas hissəsi bitkiçiliyə və heyvandarlığa həsr olunmuşdur. Burada bütün kənd təsərrüfatıbitkiləri, onların, iqtisadi əhəmiyyəti,növləri və becərilən məhsuldar sortları, müalicəvi əhəmiyyəti, becərilmə və çoxaldılma üsulları, xəstəlik və zərərvericilərinə aid materiallar verilmişdir. Kənd təsərrüfatı bitkiçiliyi dedikdə çox geniş bir sahə nəzərdə tutulur. Buraya meyvəçilik, tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq, texniki bitkilər aid edilir. Hazırda geniş şəkildə tətbiq edilən bu sahələrin hər biri Azərbaycanda qədim tarixə malikdir və böyük inkişaf yolu keçmişlər.

Meyvəçiliyə dair bölmədə ensiklopediyada yer alan alma sortlarından Qızıləhmədi,Cırhacı, Sarıturş, Şıxıcanı və s., armudun Abbasbəyi, Nararmud, Nargilə və s., heyvanın Cardam, Atbaşı və s., narın Gülöyşə, Vələs, Qırmızıqabıq və s., sarı Abşeron ənciri, Buzovnaburnu və s. meyvə və qiləmeyvə haqqında məlumatlar vardır.

Məlumatlarda göstərildiyi kimi respublikada pambıqcılığın inkişaf etdirilməsində və yeni məhsuldar pambıq sortlarının yaradılmasında Az.ETPİ-nin xidmətləri büyük olmuşdur. Pambıq sortlarını bir-birindən fərqləndirən xüsusiyyətləri vardır: məhsuldarlığı, vegetasiya müddəti, qozasının çəkisi, lifinin uzunluğu. Sortlardan: AzNİXİ-33, Muğan-395, Gəncə-2, Gəncə-8,3038 və s. zərərvericilərdən pambıq sovkası, pambıq güvəsi, pambıq mənənəsi və s. haqqında ensiklopediyadan geniş məlumat əldə etmək mümkündür.

Ta qədimdən Azərbaycanda xam ipək istehsalı deyil, həm də bu ipəkdən müxtəlif növ parcalar da toxunurdu. Şəki, Şamaxı, Gəncə, Ordubad şəhərləri ipək parca istehsal edən mərkəzlər olmuşdur. Respublikamızda Akası, Bağdadı, Abrusso, İtaliya, müsəlman və s. ipək qurdu cinsləri yaradılmışdır. Ensiklopediyada ipəkciliyin tarixindən, ipək liflərinin tərkib hissəsindən, ipəkqurdu, ipəksarıyanlar və ipəkqurdu xəstəlıklərı haqqında geniş məlumat verilmişdir.

XIX əsrdə Azərbaycanda yığılan balın bir hissəsi xaricə, əsas etibarı ilə Türkiyə və İrana, mum isə Rusiyaya satılırdı. Azərbaycanda arıcılığa dair biliklərin yayılmasında Həsənbəy Zərdabinin böyük xidmətləri olmuşdur. Hazırda arıcılıqla məşğul olan fermer təsərrüfatlarında Boz Qafqaz arısı, Sarı Qafqaz arısı,Sarı İran arısı, Lənkəran arısı və s. arı cinsləri saxlanılır. Ensiklopediya məlumatlarında arıcılığın tarixi, arı ailəsindən, arı südü, arı mumu, arı zəhərivə xəstəlıkləri haqqında geniş yer verilmişdir.

Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir. Çayçılıq üçün olduqca əlverişli olan Azərbaycanın cənub bölgəsinin bərəkətli torpaqlarında yetişən çay yarpaqları öz tərkibindəki göstəricilərə görə dünyanın ən keyfiyyətli çayları ilə müqayisə oluna biləcək səviyyədədir.

Lənkəran çayı 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə “Azərbaycan Buketi” mükafatına və qızıl medala layiq görülmüşdür. 12 fevral 2018-ci ildə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması məqsədi ilə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir.

Taxılçılıq sahəsinə nəzər salanda taxıl istehsalı dənli və dənli-paxlalı bitkilərin becərilməsinə əsaslanır. Becərilən ən qədim taxıl bitkiləri buğda, arpa və darı olmuşdur. Sonralar isə çəltik, vələmir, qarğıdalı, çovdar əkilməyə başlanmışdır. Hazırda Azərbaycanın ayrı-ayrı rayonlarında becərilən Sarı buğda, Ağ buğda, Qaraqılçıq və s. xalq seleksiyasının məhsuludur. Çox məhsuldar, yumşaq buğda

sortundan olan Xırda buğda, Qırmızı buğda, Zərdə buğda və s. arpalardan isə Ağ arpa, Qara arpa, Şeşəri arpada xalq seleksiyası tərəfindən yaradılmışdır.Qədim kənd təsərrüfatı bitkilərindən biridə qarğıdalıdır. Qarğıdalı yetişdirmək üçün Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Qazax zonasının dağətəyi rayonları perispektivlidir.

Ensiklopediyada yer alan Dünya genefondundan yerlı şəraitə uyğunlaşanformalardan fərdi secmə yolu ilə alınanbərk və yumşaq buğda,arpa, qarğıdalı və s. sortlarına aid məlumatlar toplanmışdır.

Üzümün becərilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi əhalının üzüm və kişmişlə,şərabcılıq və konserv sənayesini xammalla təmin edir. Azərbaycanın ayrı-ayrı bölgələrində yüz illərdirki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng yerli üzüm sortları və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri, habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar bu ərazidə əhalinin üzümçülüklə məqsədyönlü məşğul olduğunu göstərir. ”Şirvanşahı” növündən hazırlanan “Kürdəmir kaqoru” şərabı dünyanın şərab növləri siyahısına daxil olmuşdur. Ensiklopediyadarespublikanın sort standartlarına daxil edilən “Qırmızı kişmiş”, ”Mələyi”, ”Mərməri”, ”Ağ şanı” və digər qiymətlı üzüm sortları haqqında məlumatlar vardır.

Kənd Təsərrüfatının ən vacib sahələrindən biri olan heyvandarlığa da ensiklopediyada geniş yer verilmişdir. Hər iki cilddə kənd təsərrüfatı heyvanlarının əhliləşdirilmə tarixi, onların qida və sənaye əhəmiyyəti, cinsləri və yayılma arealları, ziyanvericiləri, xəstəlikləri və onlarla mübarizə üsulları haqqında məlumat almaq mümkündür. Heyvandarlıq institutunun alımlərinin yaratdıqları Azərbaycan Dağ Merinosu, Qonur Qafqaz qaramalı və Azərbaycan camışı və s. cinsləri respublikada yetişdirilir və onların məhsuldarlıq, damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlər hazırlanır. Azərbaycanda xalq seleksiyası ilə yaradılan Qarabağ, Qaradolaq, ləzgi, Qala və yerli qoyun cinsləri haqqında ətraflı məlumatlar verilir.

Hazırda dünyada 150-dən artıq at cinsi vardır. Azərbaycanda xalq seleksiyası və bəzi şərq atları cinslərinin qanını qarışdırmaq yolu ilə alınmış Qarabağ atı, Dilboz atı, Quba yorğası və Şirvan atı cinsləri məşhurdur. Azərbaycanda iki at zavodu olmuşdur. Ağdam Atçılıq zavodunda Qarabağ cinsi, Ağstafa Atçılıq zavodunda Dilboz at cinsi yetişdirilmişdir. Ensiklopediyada atçılığın tarixindən, at cinslərindən, atçılıq idmanından, at xəstəliyindən məlumatlar və Azərbaycan atlarının müxtəlıf yarışlarda qazandığı mükafatların foto şəkilləri vardır.

Sovetlər dönəmində kənd təsərrüfatı sahələrində yüksək əmək göstəricilərinə nail olmuş insanlarında xidmətləri danılmazdır. Respublikada 400-ə yaxınkənd təsərrüfatı işcisi pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq sahələrində Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Onlar haqqında qısa məlumatlar verilir.

Ensiklopediyada hazırda dünyada kənd təsərrüfatı məsələləri ilə məşğul olan 100-dən artıq beynəlxalq təşkilatların fəalıyyəti haqqında məlumatlar vardır. Bunlardan FAO, İAAE, İFAB,İAAS və s. göstərmək olar.

Ensiklopediyada Azərbaycan Respublikası Kənd TəsərrüfatıNazirliyi nəzdində fəaliyyət bir sıra Elmi-Tədqiqat İnstitutlarının fəaliyyəti haqqında məlumatlar vardır.Bunlardan: Azərbaycan Aqrar Elm Mərkəzi (Aqrar İnnovasiya Mərkəzi) –Respublikada milli aqrar siyasətin formalaşdırılmasında iştrak edir, elmi-tədqiqat işlərinin istiqamətlərini müəyyənləşdirir, yeni sort, hibrid və cinslərin yaradılması, həmçinin müvafiq texnologiyaların işlənməsinə dair tədqiqat proqramlarının yerinə yetirilməsini təşkil edir;

Azərbaycan Dövlət Aqrar Universiteti – kənd təsərrüfatı mütəxəssisləri hazırlayan ali təhsil ocağıdır;

Azərbaycan Elmi Tədqiqat Aqromexanika İnstitutuna dairyeni təsərrüfatcılıq şəraitindərespublikanın dağlıq və düzənliklərində əkinçiliyin və bitkiçiliyin və heyvandarlığın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması barədə bəhs edilir; Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Subtropik Bitkilər İnstitutu-meyvə, subtropik bitki sortlarını, onların aqrotexnikasını, xəstəliklərini, ziyanvericilərinivə onlarla mübarizə tədbirlərini öyrənən elm müəssisədir;

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu-ev heyvanlarının və quşların, balıqların, bal arılarının infeksion, invazion xəstəliklərini öyrənən, müalicə və profilaktika tədbirləri hazırlayan elmi müəssisədir. Azərbaycan ETBİ bir sıra heyvanların xəstəliklərinə qarşı xüsusi peyvənd materialları hazırlayaraq tətbiq etmişdir;

Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu-bitkilərin qorunması sistemi, yeni maşınlar və onların işi tədbiq olunur; Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu - torpağın eroziyalaşma dərəcəsinin müəyyən edilməsi, dağ və dağətəyi zonalarda eroziyalaşmış zonalarda orqanik və mineral gübrələrin istifadəsinin öyrənilməsi; torpağın eroziyadan, çirklənmədən, defliyasiyadan, rekultivasiyadan qorunması və s. məsələlər;

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu- burada (pambıqçılıqdan başqa) dənli və dənli-paxlalı,yarmalıq və tütün bitkilərinin məhsuldarlığının yüksəldilməsi, keyfiyyətinin yaxşılaşdırılması, yeni və yüksək məhsuldar sortların yaradılması üçün işlər aparılır;

F. Məlikov adınaAzərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu-yeni cinslərin yaradılması, aboriqen qoyun cinslərinin yaxşılaşdırılması, effektli yemçilik metodlarının işlənilməsi, heyvanların saxlanması və süd, ət,yun istehsalı texnologiyası, damazlıq kənd təsərrüfatı heyvanlarının süni mayalanması və s. işlərlə məşğul olur;

R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu-tut ipəkqurdunun və tut bitkisinin yeni cins və sortlarının yaradılması, onların becərilməsi, onların xəstəlik və zərərvericilərinə qarşı mübarizə üsulları, ipək texnologiyası və s. məsələlər;

Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu- aqrar istehsalat kompleksində material–texniki bazanın formalaşdırılması, mexanizasiya, əsas fond istifadəsinin effektivliyinin yüksəldilməsi, proqnozlaşdırılması və yönəltmə, aqrar istehsalat kompleksində iqtisadı münasibətlərininqurulması və inteqrasiyası, istehsalatın stimullaşdırılması və s. vəzifələr;

Azərbaycan Elmi – Tədqiqat Pambıqçılıq İnstitutu – pambığın seleksiyası, aqrotexnikası, aqrokimyası, toxumçuluq və növbəli əkin, miliorasiya və suvarma, pambıq xəstəlikləri və ziyanvericiləri v. s. məsələlər;

Azərbaycan Elmi – Tədqiqat Tərəvəzçilik İnstitutu – tərəvəzçilik, bağçılıq, kartofçuluq sahəsində yeni və yüksək məhsuldar sortların yaradılması və s. məsələləri;

Azərbaycan Elmi – Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu –yeni üzüm sortlarının yaradılması, sortların öyrənilməsi, üzümün qurudulması, üzüm xəstəlikləri və mübarizə üsulları, şərab istehsalı; Azərbaycan Elmi – Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu – heyvandarlıq üçün keyfiyyətli yem bazası yaratmaq, təbii yem ehtiyatının yaxşılaşdırılması, geobotanik yoxlama və otlarda pasportlaşdırmanın aparılması, şumlanmış torpaqlarda intensiv yem istehsalının elmi əsaslarının işlənməsi, çoxillik və birillik yem bitkilərinin əkinində məhsuldarlığının yüksəldilməsi və s. vəzifələri əhatə edir.

Ensiklopediyada Azərbaycan Respublikasının Seleksiya Nailiyyətlərinin Dövlət Reyestrinə daxil olan yumşaq və bərk sortların molekulyar quruluşundan əkin səviyyəsinə qədər məlumatlar toplanmışdir. Bu gün mandatımıza və Azərbaycan Respublikasınln Seleksiya Nailiyyətlərinin Dövlət Reyestrinə daxil olan 59 dənli taxıl və paxlalı bitki 70%-dən çoxunun patent sahibi Elmi Tədqiqat Əkinçilik İnstitutudur. İnstitutda müxtəlif buğda sortlarınn yaradılmasında yüksək nəticələr əldə edilmişdir.

İnstitutda yaradılan 118 sortdan 63-nə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Komissiyasının qərarı ilə respublikanın müxtəlif bölgələri üçün rayonlaşdirilaraq ixtira hüququna malik olduğuna görə müəlliflik şəhadətnaməsi verilmişdir.

Zəngin təcrübəyə malik olan, 300-dən çox istedadlı gəncin seçilibyüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına,çoxillik axtarışlarla 10 mindən artıq qiymətlı taxıl bitkiləri genofondunun toplanmasına və tədqiqinə,dünya standartlarına uyğun 50-dən artıq taxıl sortlarının yaradılmasına gərgin əmək sərf etmiş akademik Cəlal Ərirza oğlu Əlıyev haqqında ensiklopediyada xüsusi məlumatlar toplanmışdır.

Görkəmli elm xadimləri Həsən Əliyev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Rəhim Hüseynov, Məmmədtağı Qəniyev, İmam Mustafayev, Nəriman Şirinov, İlyas Abdullayev, Ələkbər Quliyev, Məmmədtağı Cəfərov, Siddiqə Məmmədova, Validə Tutayuq, Zaur Rəhimov, Həsən Seyidov, Ziyad Səmədzadə, Zülfüqar Verdiyev, İbrahim Cəfərov, Kazım Ələkbərov, Yaqub Hacıyev və adlarını çəkə bilmədiyimiz onlarla digər alimlər haqqında geniş məlumatlar verilir.

Burada müasir dövrün gənc alımləri, onların aqrar sahəyə aid apardığı elmi araşdırmalar, yeni texnologiyalar, aparılan islahatlar haqqında da geniş bəhs olunur.

Həmcinin burada Çümhuriyyət dövründə həyata kecirilməsi nəzərdə tutulan aqrar məsələ, qərarlar və yaradılan qurumlar, əkinçilik nazirləri haqqında məlumatlar toplanmışdır. Aqrar sahəyə həm sovet dövründə, həm də respublikamız ilk dəfə müstəqillik qazandıqdan sonra rəhbərlik etmiş insanlar haqqında materiallar yerləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahənin inkişafına,onun idarəetməmetodlarının təkmilləşdirilməsinə daim diqqət vermiş və onun sayəsində Azərbaycanda rekord zirvələr fəth edilmişdir. Onun təşkilatcılığı və işgüzarlığı sayəsində yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində ölkə daxilində sabitliyin qorunması, iqtisadi islahatların aparılması,vətəndaş həmrəyliyi və milli birlik,müstəqil Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınması və nüfuz qazanmasına səbəb olmuşdur. Hazırda ölkə iqtisadiyyatının müxtəlıf sahələrində, o cümlədən aqrar sahədə həyata kecirilən islahatlar onun adı ilə bağlıdır. Ensiklopediyada Heydər Əlıyevin həyat yolundan və apardığı islahatlara dair məlumatlar və maraqlı fotoşəkillər vardır.

Hakimiyyətə gəldikdən sonra Heydər Əliyevinsiyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlıyev aqrar bölmənin inkişafına xüsusı fikir verir. Bu məqsədlə son illərdə müxtəlıf qərar və sərəncamlar vermiş,dövlət proqramları təsdiqləmişdir. Ensiklopediyada aqrar sahənin inkişafı ilə əlaqədar Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmış dövlət proqramları öz əksini tapmışdır.

Ensiklopediya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə çap olunmuşdur. I cild 540, II cild isə 488 səhifədən ibarətdir. Ensiklopediyada olduqca gözəl rəngli şəkillər, ilyustrasiyalar verilmiş və oxucunu dərhal cəlb edir. Ensklopediya Dövlət Kənd Təsərrüfatı muzeyinin direktoru Natiq Qurbanovun gərgin əməyi və calışqanlığı sayəsində tərtib olunmuşdur. Kənd Təsərrüfatı Ensiklopediyası aqrar sahə ilə maraqlanan hər kəsin stolüstü kitabı ola bilər. Burada kənd təsərrüfatı haqqında bütün suallara cavab tapmaq mümkündür.

Ümid edirik ki, Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikamızın aqrar sahəsinin ən aktiv təbliğatçısı kimiözünün yeni uğurlu və maraqlı layihələri ilə hələ uzun müddət fəaliyyət göstərəcəkdir.

İmran ƏBİLOV,

Azərbaycan Respublikasının

Əməkdar kənd təsərrüfatı işçisi,

Kənd Təsərrüfatı Ensiklopediyasının redaksiya heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə