"Doktorantların, tələbələrin təqaüdlərinin qalxması nəzərdə tutulur" - İQTİSADÇI AÇIQLADI
“Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfər yeni geo-strateji və iqtisadi reallıqlar yaratmağa başladı. Bildiyimiz kimi əlimizdə uzun illər istismar edilmiş, darmadağın edilmiş ərazilər var və bu ərazilərə yeni xərclər, infrastrukturun bərpası, iqtisadi aktivliyin təmin edilməsi zərurəti var. Bu baxımdan da növbəti ilin büdcə layihəsində hal-hazırda müzakirə edilən məsələlər, sosialyönümlü xərclər təşkil ediləcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə müdafiə məsələləri həll olunmalıdır: “Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişlərinə sərf olunacaq. Eyni zamanda İkinci Vətən müharibəsi zamanı yaralanmış əsgərlərimizin və şəhid ailələrinə yardım göstərilməsi üçün sosial xərclərin artırılması üstünlük təşkil ediləcək. Bundan başqa gələn il minimum əmək haqqının məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatların əmək haqqının ödənilməsi, əmək haqqı sistemlərinin təkmilləşdirilməsi, ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi məqsədilə yeni yanaşmalar mövcud olacaq. Bundan başqa doktorantların, tələbələrin təqaüdlərinin qalxması nəzərdə tutulur. Bu da yeni qəbul olunan büdcəyə baxılması zərurəti yaradır”.
Asif İbrahimov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, büdcənin xərcləri 29 milyon civarında müəyyən edilmişdir: “Büdcə gəlirləri isə təqribən 26 milyon civarında təyin edilmişdir. Dünya bazarında neftin və qazın qiymətlərinin artması ilə Azərbaycan Dövlət Neft Fonduna vəsaitin daxil olmasının sayı artıb. Düşünürəm ki, bu il maliyyə mənbələrində heç bir problem olmayacaq. Bu yeni büdcə layihəsinin tətbiqi işğaldan azad olunmuş ərazilərdə iqtisadi aktivliyin artırılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə və əhalinin daha tez bir müddətdə qayıtmasını sürətləndirəcək”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB