Dolların qiyməti qalxır? - DİQQƏT! - İQTİSADÇI EKSPERT AÇIQLADI

“Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi dövlət Neft Fondu tərəfindən ödənilir: “Bu baxımdan dövlət Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Xüsusən nəzərə alsaq ki, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə və xüsusən Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunub. Nəticə etibarilə region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Nəticə etibarilə Azərbaycan Mərkəzi Bankı prosesi intervesiyə etmək imkanlarına və digər intervesiya alətlərindən istifadə edə bilir. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə