Əməkdaşlıq barədə anlaşma memarandumu imzalandı

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi (CERR) arasında əməkdaşlıq barədə anlaşma memarandumu imzalanıb. SİA məlumat verir ki, memorandumu Azərbaycan tərəfindən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Özbəkistan tərəfindən isə CERR rəhbəri Obid Hakimov imzalayıb. Memorandumda hər iki tərəfin mütəxəssisləri tərəfindən birgə tədqiqat və təhlillərin aparılması, seminarlar və tədbirlərin təşkili, təqaüd proqramlarının təşkilinin araşdırılması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi göstərilib.

Diqqətinizə çatdırırıq ki, CERR direktoru Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Prezident Administirasiyası, Milli Məclis və müxtəlif dövlət qurumları ilə görüşü təşkil edilib. CERR direktoru Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyəti, həmçinin, ASAN, DOST, KOBİA, Azexport, Ticarət Qovşağı kimi milli brendlərin, həmçinin, azranking.az, monitornig.az və enterpriseAzərbaijan.com portallarının təcrübəsi ilə tanış olublar. İİTKM-nın təşkilatçılığı ilə baş tutan səfərin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatların inkişaf modelinin Özbəkistan nümayəndə heyəti tərəfindən öyrənilməsi olub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə