Sahibkarlara 60 milyon manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov

Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1.152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1.800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...