Avtomobil yolunun tikintisinə ayrılan vəsaitin böyük önəmi var - İQTİSADÇI EKSPERT AÇIQLADI

“Bütövlükdə yol nəqliyyatı həm logistik xidmətlərin inkişafı, həm də iqtisadi inkişaf baxımından çox vacibdir. Çünki, nəzərə alsaq ki, Azərbaycan infrastrukturun, eləcə də nəqliyyat və logistik şəbəkənin inkişafına xüsusi diqqət ayırır. Bu baxımdan ölkə Prezidentinin son Sərəncamı ilə Xızı rayonunun avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması həm də bölgələrdə infrastrukturun inkişaf etdirilməsi və o cümlədən təbii ki, yolların, nəqliyyat və logistik şəbəkənin inkişafı baxımından vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Xızı rayonu son illər Azərbaycanda turizm potensialına görə fərqlənən rayondur: “Xızı, paytaxta nisbətən məsafə baxımından yaxınlığı ilə seçilən rayondur. Ona görə də Xızı rayonunun inkişafı, xüsusən daxili turizmin inkişafı baxımından çox vacibdir”.

Vüqar Bayramov sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, Xızı rayonu həm də qış turizm potensialına malik olan rayonlarımızdandır. Ona görə də təbii ki, bütövlükdə yeni yolların çəkilməsi vəsaitin ayrılması həm də Xızı rayonunun inkişafı baxımından vacibdir. Bu həm də daxili turizmin inkişafına xüsusi töhfə verəcək. Həmçinin, kiçik-orta sahibkarların inkişafına, nəqliyyat və logistik xidmətlərin sözsüz rolu var. Ona görə də bu qərar bir tərəfdən sürücülər üçün daha rahat və müasir standartlara uyğun yoldan istifadə imkanı deməkdir. Digər tərəfdən isə bölgələrimizin və xüsusən Xızı rayonunun inkişafı baxımından müsbət təsirləri olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...