İstanbul Hava Limanı Avropada ikinci yerdədir

İstanbul Hava Limanı Avropada ikinci yerdədir

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) uçuş hərəkəti hesabatına görə, 27 sentyabr-3 oktyabr arasında 1064 uçuşla Amsterdam Hava Limanı Avropada birinci yeri alıb. SİA bu barədə türk mətbuatına istinadən xəbər verir

İstanbul Hava Limanı isə gündəlik orta hesabla 986 uçuşla Avropada ikinci olub.

Siyahının ikinci yerini tutan İstanbul Hava Limanını 938 Frankfurt Hava Limanı, 844 uçuşla Paris Charles de Gaulle Hava Limanı, 699 uçuşla Antalya Hava limanı isə 7-ci yerdə qərarlaşıb.

Müvafiq dövrdə son bir həftədə Avropa miqyasındakı hava yolu şirkətləri gündə orta hesabla 13 min 70 uçuş reallaşdırdıqda, bir həftəlik uçuş sayı isə 165 min 86 təşkil edib.

Son bir həftdə 2019-cu ildəki hava yolu hərəkətinin 72 faizinə çatılıb.

"Ryanair" gündəlik 2 min 328 uçuşla Avropanın ən çox uçan hava yolu olaraq qeydiyyatlarda öz yerini alıb.

"Türk Hava Yolları2 gündəlik min 212 uçuşla 2. yeri, "Easyjet" min 49 səfərlə 3.yeri, "Pegasus" hava yolları isə 458 uçuşla 9. yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə