Rusiyanın neft ixracatı ucuz İraq neftinə görə zərbə altında...

Rusiyanın neft ixracatı ucuz İraq neftinə görə zərbə altında...

“…Necə deyirlər, “mərdiməzarı axtarmaqla deyil ki, özü gəlib şıxacaq qabağına …”

Beləliklə, Moskvanın tədarük və ixracatında planlaşdırılan artımlar və İraq neftinin Avropa üçün maya dəyərinin azalması səbəbindən Rusiyanın ən yüksək dərəcəli “Urals” neftinin qiyməti bu həftə aşağı düşüb.

“Bloomberg”in məlumatına görə,”Urals” neftinin qiymətinin düşməsinin əsas səbəblərindən biri “OPEC +” kvotası çərçivəsində daha çox neft hasil edən və gələn ay ixracatını artırmağa hazırlaşan Rusiyadan tədarükün artacağı gözləntisi olub.

Qeyd edək ki, Rusiya Enerji Nazirliyinin “Bloomberg” agentliyi tərəfindən yayımlanan məlumatlarına görə, Rusiyada neft və kondensat istehsalı avqust ayına nisbətən sentyabr ayında 2,4 faiz çoxdur.

Ehtimallara görə, Rusiya “Uralsı”nın qiymətinin aşağı düşməsinin başqa bir səbəbi, ABŞ və Avropaya qiymətləri aşağı salan İraqdan gözlənilməz rəqabətdir. Qeyd edək ki, bu, Yaxın Şərqin aparıcı ixracatçısı və dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının qiymətləri ilə nadir bir uyğunsuzluqdur. Onu da bildirək ki, qarşıdan gələn oktyabr ayında Avropaya çatdırılan İraq neftinin aşağı qiymətləri, xüsusən Rusiyanın “Urals” nefti ilə rəqabət aparacaq.

Xatırladaq ki, keçən həftə, ABŞ-da cövlan edən Ida qasırğasından sonra bu ölkənin orta kükürdlü neft tədarükünün azalması, Rusiyanın “Urals” markalı xam neftinin qiymətini “Brent” markalı neftə cəmi 1,05 dollar endirim etməyə sövq etmişdi. Bildirək ki, bu “Urals”ın son yeddi ayda satıldığı ən yüksək qiymət idi.

Məsələn "Bloomberg" agentliyinin verdiyi məlumata görə, İda qasırğasından əvvəl bu endirim 1 barelə görə 1,95 dollar idi. Agentlik mənbələrinin iddialarına görə, "İda" qasırğasından sonra bir çox neft emalı zavodları Amerikada istehsalı hələ bərpa olunmayan “Mars”ına bənzəyən orta kükürdlü “Urals”a artan maraq göstərib.

Ağasəf Babayev

.

Bütün xəbərlər Facebook səhifəmizdə