"Ölkəmizdə sənayeləşmə siyasəti yeni mərhələyə keçid almaqdadır" - DEPUTAT ŞƏRH ETDİ
“İqtisadi inkişafımızın təmin olunmasında qeyri-neft sənayesinin rolu xüsusilə artmaqdadır. Hazırda sənayeləşmə siyasəti yeni mərhələyə keçid almaqdadır və postindistriual cəmiyyət quruculuğu müasir innovasiyaların tətbiqində geniş yer alır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, ölkədə ümumi daxili məhsulun 50 faizi, o cümlədən qeyri-neft iqtisadiyyatının 30 faizə yaxını sənaye sahələrində istehsal olunur: “Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi sənaye texnoparklarının, sənaye zonalarının və sənaye məhəllərinin sayının artmasına səbəb olub. Sənaye parklarında rezident statuslu müəssisələrin sayı artaraq 50-yə çatıb. Qeyri-neft sənayesinin əsas istiqamətlərindən biri olan maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb”.
A.Hüseynov sənayeləşmədə Sumqayıtın xüsusi strateji rolunun olmasına diqqət çəkərək bildirib ki, son illərdə xarici investisiyaların cəlb edilməsi Sumqayıtda iri layihələrin həyata keçirilməsinə və müasir sənaye sektorunun əsas ağırlıq mərkəzinə çevrilməsinə səbəb olub: “Sumqayıt dünya səviyyəli, rəqabətədavamlı məhsul istehsal edən, ən qabaqcıl texnologiyaları tətbiq edən sənaye texnoparkları ilə məşhurdur. Azərbaycanın ilk sənaye parkı da məhz bu şəhərdə yaradılıb və dünya bazarlarına ən keyfiyyətli məhsulların ixracı sənayeləşmənin daha da inkişafına geniş şərait yaradıb. Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB