OPEC-ə (Neft İxrac edən Ölkələr Təşkilatı) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barrel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.
SİA-nın əldə etdiyi məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatını oktyabrda daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, “OPEC plus” ölkələri gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.
Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB