Türkiyədən regional barış baxımından bəzi müsbət ictimai siqnallar gəldiyini bəyan edən baş nazir Nikol Paşinyan bu siqnalları qiymətləndirərək, müsbət siqnallara müsbət siqnalla da cavab verəcəyini deyib.
Təbii ki, bu bütün ermənilərə olmasa da, amma bəzi ermənilərə yaman pis təsir edib. Elə həmən o pis təsirə “məruz qalan ermənilər” Nikola türklərin bu müsbət siqnallarından bəs, niyə onlara çatmadığını sual edib, soruşmaq istəyirlər.
Onlara görə, Türkiyənin müsbət siqnallarının, üstəlik ictimai siqnalların nədənsə yalnız Paşinyanın qulağına çatması ayrı bir məsələdir. Bundan əlavə, İrəvanın Ankaraya hansı müsbət cavab verə biləcəyini söyləmək də çətindir. Ancaq iqtisadi baxımdan erməni “yaxşı”cavabının bir versiyası ortaya çıxmaqdadır. Üstəlik, Ermənistan üçün yaranan xarici ticarət mühiti də başqa bir siqnal verir. Bu, ermənilər üçün narahatlıq siqnalıdır.
...Deyim ki, bu lap o “qurbağanın qudurması” məsəlinə bənzəyir. Beləliklə, burada ermənilər yenidən palan içi eşməyə girişərək, Ermənistanın bu ilin iyun ayında Türkiyə məhsullarının idxalına qoyulan embarqonun daha 6 ay uzadıldığını bildirirlər. Neyləsinlər, özlərinin istehsal məhsulları yoxdur ki, İrəvan marketlərini doldurub, bununla da türklərdən “acıq çıxsınlar”. Ermənistan bazarlarındakı türk mallarını İran və Çin məhsulları ilə əvəzlənməsi də, deyəsən, heç bir effekt vermədi. Yəni bazarlara satış üçün verilən İran və Çin məhsulları elə bu gün də erməni dükan və marketlərinin piştaxtalarında verildiyi kimi qalıb “toz qəbul edirlər”. Neyləyəsən ki, yerli ermənilər daha çox türk malları almaq istəyirlər.
Bundan əlavə, bu gün Çin mallarının Ermənistana idxal istiqaməti çox bahalaşıb. Əlbəttə ki, burada söhbət idxalçıların nəqliyyat xərclərindən gedir. Belə ki, əvvəllər bir yük konteyneri Çindən Ermənistana 4 min dollara çatdırıldısa, indi bu qiymət 12 minə qaldırılıb. Başqa bir nüans, bu qədər xərc hesabına Ermənistana çatdırılan Çin malları keyfiyyət baxımından hələ də Türk mallarına uduzur.
Belə olan halda, İran məhsulları ilə bağlı ümumiyyətlə, heç danışmağa belə dəyməz.
Deməli, bu gün Ermənistan daxili istehlak bazarlarının tələbatını ödəmək iqtidarında deyil. Bu məlum. Erməniləri ölkəyə gətirilən İran və Çin məhsulları da həm bahalığına, həm də keyfiyyətinə görə onları qane etmir.
...Ermənistana leqal və ya qeyri-leqal yolla gətirilən Türk mallarına embarqo qoymaq “həsrətilə yanan” erməniləri burada bir şey qorxudur: ölkədə yarana biləcək mal qıtlığı...
...Yaxşı, belə olan halda bu erməni başına haranın daşını salsın, hıy?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB