Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 668,1 milyon manat təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən il avqustun 1-i ilə müqayisədə 10,4% çoxdur.
Bankların aktivlərinin 13 757,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,3%-dən 40,9%-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 11,8 % artaraq 28 899,7 milyon manata, o cümlədən depozit portfeli 18% artaraq 22 849,3 milyon manata çatıb. Bunun 8 439,5 milyon manatı fiziki, 14 409,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10 %, şirkətlərin banklardakı vəsaitləri isə 23,2% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 2,3 dəfə azalaarq 166,4 milyon manat olub.
Sektorun balans kapitalı isə 2,4% artaraq 4 768,4 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB