"Azərbaycan investisiya məkanına çevrilib" - İQTİSADÇI AÇIQLADI

"Avtomobil yollarının bərpası və çəkilməsi ilə bağlı dövlətin ayırdığı maliyyə vəsaiti olduqca önəmli bir amildir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə söyləyib.

Onun sözlərinə görə, bu ilk növbədə əhalinin yollarla bağlı olan problemini aradan qaldırır: "İkinci tərəfdən bu müəyyən mənada investorlar üçün olduqca önəmli bir məsələdir. Ümumiyyətlə, nəqliyyat və logistika məsələsində yolların çəkilməsinə olduqca önəmlə yanaşırlar. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan investisya məkanına çevrilib. Xüsusən də Qarabağda yenidənqurma və bərpa işlərinə investisiya axınlarının şahidi oluruq. Təbii ki, Qarabağda da yeni avtomobil yollarının yaradılması və bərpa edilməsi nəqliyyatla bağlı sahənin inkişafına gətirib çıxarır. Bu da öz növbəsində yeni investor axınlarını cəlb edir. İnvestorların bu sahədə Azərbaycana nə qədər imaraq göstərdiyinin şahidi oluruq. Nəticədə investor çox rahat bir şəkildə Azərbaycana investisiya qoya bilir. İnvestisiya cəlb ediciliyinin əsas faktorlarından biri məhz nəqliyyat və logistika məsələsidir.

Qeyd edim ki, bu gün Azərbaycan avtomobil yollarının keyfiyyətli göstəricisinə görə, Dünya İqtisadi Formunun siyahısında 24 və 27-ci yerdədir. Bu da təbii olaraq dövlətin bu sahəyə ayırdığı maliyyənin nə qədər effektiv olduğunu və bu effektivliyin dünya göstəricilərində və hesabatlarında açıq-aydın şəkildə görməyimizə kömək edir. Ümumiyyətlə, regionda nəqliyyat dəhlizlərinin önəmini göstərən başlıca layihələrdən biri Zəngəzur dəhlizi məsələsidir. Bu dəhliz regiondakı bütün ölkələrə yüksək iqtisadi dividentlər gətirəcəkdir. Həm Türkiyə Mərkəzi Asiyaya rahatlıqla məhsullarını göndərəcək və nəqliyyat xərcləri azalacaq, həm də Azərbaycan tranzit ölkə kimi qazanclar əldə edəcək. Hətta Çinin bu layihədə marağı var. Çünki, bu alternativ bir yoldur. Çin Bakı-Tiblisi-Qars istiqamətindən Avropaya məhsullarını göndərir. Digər bir istiqamət Zəngəzur dəhlizi ola bilər ki, Çin artıq məhsullarını effektiv və daha tez şəkildə Avropa çıxaracaq. Bu həm Mərkəzi Asiya ölkələrinə, həm də Avropa ölkələrinə aiddir. Azərbaycan buna hazırlıqlıdır. Çünki Azərbaycanın dünya miqyasında tanınıb. Məhz avtomobil yolların inkişafı və bu yollara ayrılan vəsait olduqca önəmlidir. Regionların bərabər inkişaf etməsində avtomobil yollarının olduqca mühüm önəmi var".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə