Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 70 milyon dollara yaxın artıb

2021-ci ilin iyununda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 231,617 milyon dollar təşkil edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 68,503 milyon dollar çoxdur.

SİA Türkiyə Ticarət Nazirliyinə istinadən bildirir ki, 2021-ci ilin iyununda Türkiyədən Azərbaycana ixrac 186,543 milyon dollar, Azərbaycandan idxal isə 45,074 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 360,926 milyon dollar artaraq 1,327 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 1,018 milyard dollar, Azərbaycandan idxal isə 309 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.

İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...