Avropa Birliyi buğda ixracatını azaldıb

Avropa Birliyi buğda ixracatını azaldıb

Bu il Avropa Birliyi ölkələri mövsümsonu buğda ixracını ötən illə müqayisədə xeyli azaldıb. Belə ki, birlik ölkələrindən cari mövsümdə 25,5 milyon ton buğda ixrac edilib ki, bu da əvvəlki mövsümün göstəricisindən aşağıdır. Xatırladaq ki. ötən il bu göstərici 34,75 milyon ton təşkil etmişdi.

SİA bu barədə “APK-Inform”un Avropa Komissiyası mütəxəssislərinin məlumatlarına istinadən xəbər verir.

Qeyd edək ki, bu il Avropanın əsas idxalatçısı Əlcəzair olub: 5.71 milyon ton. Bildirək ki, bu Avropa Birliyinin ümumi ixracatdakı payının 22.4 faizini təşkil edir. Bundan əlavə bu il Avropa Marokkoya - 2.24, Nigeriyaya - 2.2, Səudiyyə Ərəbistanına - 1.97, Çinə isə 1.76 milyon ton buğda ixrac edib.

Onu da bildirək ki, Avropa Birliyindən ixrac olunan buğda əsasən Fransa, Almaniya, Polşa, Rumıniya və Litva tərəfindən təmin olunub. Təbii ki, burada ən böyük ixracatçı kimi əsas rolu Fransa oynayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə