“Azərbaycanda Ələt Azad İqtisadi Zonanın təməlinin qoyulmasını çox yüksək qiymətləndirirəm”. Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.
Ekspert qeyd edib ki, bu gün bütün dünyada buna oxşar addımlarla bağlı müsbət ssenariləri görürük: “Məsələn, Dubayı vergi cənnəti adlandırırlar. Vergidən azad olma, vergi tutulması, rəqabət mühiti, qiymətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsi və bir çox siyasi-iqtisadi məqamlar üçün atılmış çox yaxşı addımdır. Azərbaycan iqtisadiyyatı üçün müvafiq töhfələr veriləcək. Bir çox ölkələrdə olan xarici investorların diqqətini cəlb edəcək. Bildiyimiz kimi, Azərbaycan geostrateji baxımından çox önəmli ölkədir. Azərbaycan İpək Yolunun üzərində yerləşdir. Ötən ilin sentyabrın iyirmisi və noyabr 10-dan etibarən reallıqlar dəyişdi. Azərbaycan güclü regional oyunçu kimi dünyada qəbul olundu. Yaxın beş ildə iqtisadiyyatımızda Azərbaycanı uğurlu perspektivlər gözlənilir. Biz iki ildən sonra fərqli bir Azərbaycanda yaşayacağıq. Planlaşdırdığımız və həyata keçirilən işləri uğurla tamamlaya bilsək, fərqli və daha möhtəşəm, güclü, eyni zamanda, sosial-iqtisadı rifahı yüksək Azərbaycanda yaşayacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB