Bank vakansiya elan edir

Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis

Filiallar

Bakı / 0124997995 / [email protected]

İş barədə məlumat:

Bankın bütün müştərilərini yeni və mövcud biznes kredit məhsulları ilə tanış etmək;

Kredit məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirmək;

Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparmaq;

Müştərilərin ödəniş qabiliyyətini təyin etmək üçün analizlər aparmaq;

Ehtiyac yarandıqda müştərilərin ödəniş tapşırıqlarını həyata keçirmək;

Müştəriyə, girov qoyana, zaminə öhdəlikləri barədə məlumat vermək;

Kredit üzrə tranşın verilməsi və verifikasiya edilməsi üçün sənədləri Kredit şöbəsinin rəhbərinə təqdim etmək.

Namizədə tələblər:

Ali təhsil;

Kreditləşmə sektorunda iş təcrübəsi;

Ünsiyyətqurma bacarığı;

Təqdimetmə və satış bacarığı;

MS office proqramında işləmə bacarığı.

Aktiv və Passivlərin İdarə edilməsi şöbəsi mütəxəssis

Baş ofis

Bakı / 1554842433 / [email protected]

İş barədə məlumat

Aktiv və passivlərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların, onlara əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir;

Likvidlik proqnozlarını hazırlayır və departament direktoruna/şöbə rəhbərinə təqdim edir;

Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə və digər analitik hesabatların hazırlanmasında iştirak edir;

Qiymətli kağızlar bazarında qiymətli kağızların alınması və müvafiq hesabatların və sənədləşmənin aparılması

Maliyyə bazarında əlavə resursların cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və departament direktorunu/şöbə rəhbərini məlumatlandırır;

Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;

Resursların daxili qiymətlərinin müəyyən edilməsi (FTP – funds transfer pricing);

Departamentin funksiyaları daxilində departament rəhbərinin və şöbə rəhbərinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər

- Azərbaycan, Rus dillərini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;

- Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı.

Ümumi şöbə arxivarius

Filiallar

Bakı / 1554842433 / [email protected]

İş barədə məlumat:

1. Bankda kargüzarlıq və arxiv işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasını həyata keçirir;

2. Bankın Baş ofis və filiallardan təhvil-təslim aktı əsasında arxivə saxlanmağa verilən sənədləri qəbul edir;

3. Arxivə saxlanmağa təhvil verilmiş sənədləri olduğu qovluqlardan çıxarıb müvafiq karton qovluqlara tikir;

4. Hər bir sənədin növü və tarixinə görə üzlüklərin üzərində qeydiyyatını aparır;

5. Hər bir sənədə sistem nömrəsi verir və onları müvafiq qaydada il bölgüsü şərti ilə arxiv qaydalarına əsasən rəflərə yığır;

8. Baş ofis və filiallardan arxivə saxlanmağa təhvil verilən sənədlərin əsli sorğu olunduqda, tələbnamə əsasında sənədin əslini aktlaşdırılmış şəkildə təhvil vermək və sənədlərin surətini müvafiq qovluqlara yığır;

10. MAİ nəzdində İdarə sənədlərinin qaydaya salan mərkəzin iştirakı ilə saxlanma müddəti bitən sənədləri müvafiq akt əsasında ləğvini həyata keçirir.

Namizədə tələblər

Arxiv sahəsində iş təcrübəsi;

Kargüzarlığın və arxivləşmənin təlimatlarına uyğun aparılması;

Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;

Müvafiq kompüter proqramları ilə işləmək bacarığı.

Bütün xəbərlər Facebook səhifəmizdə