"Bu qiymət artımı əhali abonentlərinə şamil olunmur" - DEPUTAT İZAH ETDİ

"Bu qiymət artımı əhali abonentlərinə şamil olunmur" - DEPUTAT İZAH ETDİ

“Elektrik enerjisinin yeni müəyyən edilən gecə-gündüz tarifi əhali abonentlərinə şamil olunmur”. Bunu SİA-ya açılamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, qiymət artımı, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil edilir.

E. Səlimov vurğulayıb ki, bu artımla bağlı əhali kateqoriyasında olanların narahatçılıq keçirmələrinə heç bir əsas yoxdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə