“Dəyişiklik ipoteka sisteminin təkmilləşdirilməsinə imkan verəcək” İQTİSADÇI ŞƏRH ETDİ

İpoteka haqqında qanuna edilən dəyişikliklər təkrar hərrac baş tutmadığı halda protokolun umzalanmasını nəzərdə tutur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

İqtisadçı ekspertin sözlərinə görə, məqsəd, bütövlükdə prosedurların asanlaşdırılmasına nail olmaqdan ibarətdir.

“Ümumiyyətlə, son dövrlər ipoteka haqqında qanuna edilən dəyişikliklər ipotekaya əlçatanlığın artırılması məqsədi daşıyır və bu kontekstdən təbii ki, qanunvericiliyin təkmilləşdirilməsi və bu istiqamətdə yeni mexanizmlərin tətbiq edilməsi nəticədə ipotekadan istifadə dairəsini genişləndiriləcəyinə gətirib çıxaracaq.

Nəzərə alsaq ki, ipotekaya, xüsusən də sosial ipotekaya maraq yüksəkdir və qanunvericiliyin təkmilləşməsi fonunda güzəştli ipotekadan istifadə edənlərin də sayında artımların olacağı gözlənilir. Eyni zamanda təbii ki, bu istiqamətdə dövlət büdcəsi vəsaitinin ayrılması ilə yanaşı, həm də ipoteka fondunun daxili imkanları hesabına kreditlərin təklif edilməsi həyat keçirilir. Bu istiqamətdə də fəaliyyətin növbəti dövrlərdə də genişləndirilməsi nəzərdə tutulur. O baxımdan dəyişiklik birmənalı şəkildə ipoteka sisteminin təkmilləşdirilməsinə və mexanizmlərin sadələşdirilməsinə imkan verəcək ki, bu da təbii ki, ipoteka sisteminin daha səmərəli şəkildə formalaşmasına və reallaşmasına imkan yaradacaq”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...