Fransada Beynəlxalq Yarmarka keçiriləcək. SİA-nın məlumatına görə, iyunun 2-5-də Fransanın Aşağı Normandiya regionunda yerləşən L\'eql şəhərində 54-cü ənənəvi Beynəlxalq Yarmarka keçiriləcək.
Tədbirdə müxtəlif ölkələrdən rəsmi şəxslərlə yanaşı, iş adamlarının iştirakı da nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin təşkilatçılığı ilə yarmarkanın ölkəmiz üçün ayrılmış hissəsində müxtəlif Azərbaycan məhsulları nümayiş olunacaq, ölkəmizin biznes və investisiya imkanları təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB