Bu il Türkiyə hava limanlarından istifadə edən sərnişinlərin sayı açıqlanıb

COVID-19 pandemiyasına baxmayaraq, bu ilin ilk dörd ayı ərzində Türkiyənin hava yollarından ümumilikdə 23 milyon 864 min 835 sərnişin istifadə edib.
SİA xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Meydanları İdarəsindən bildirilib.
Bu müddət ərzində qardaş ölkənin hava limanlarından ümumilikdə 385 min 40 səfər həyata keçirilib. Onlardan 185 min 156-ı daxili, 84 min 201-i xarici, digərləri isə tranzit və ya karqo reysləridir.
Bu ilin yanvar-aprel ayları ərzində dünyanın ən böyük aeroportlarından olan İstanbul hava limanından isə 64 min 466-a təyyarə və 7 milyon 591 min 523 sərnişin istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə