Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 faiz azalaraq 11,0 milyard manat təşkil edib.

SİA-nın məlumatına görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 11,9 faiz artıb.

Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma, 29,3 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz vəbuxar isteh salı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,4 faiz olub.Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isəsənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə