"Azərbaycanda son günlər istehlak mallarında qiymət artımlarının baş verməsi, qarşıdakı aylarda və növbəti ildə bu prosesin hansı istiqamətdə davama edəcəyini gündəmə gətirir". Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, cari ildə istehlak qiymətlərinin artımının 3,5-3.7% arasında qərarlaşacağı ehtimal edilir.
İqtisadçı qeyd edib ki, halbuki bundan öncə bankın gözləntiləri 3,2% səviyyəsində idi: "Bu məsələ ilə bağlı əvvəlki proqnozlarda infilyasiya səviyyəsi Azərbaycanda 3,2% ehtimal edilirdi. Lakin beynəlxalq qurumların son yenilənmiş proqnozlarda bu səviyyənin 3,5%-dək yüksəlməsi gözlənilir. Amma qeyd etməliyəm ki, ölkədə və beynəlxalq aləmdə baş verən bəzi proseslər infilyasiya səviyəsini daha 0,2% yüksəlməsinə və 3,7 faizədək qalxmasına səbəb ola bilər. Məsələn, neft qiymətlərində artımın sürətlənməsi, ölkəyə əlavə pul kütləsinin daxil olması və ya respublikada kommunal xidmət haqlarının yüksəlməsi kimi məsələlər bir başa inflyasiyaya təsir göstərən faktorlardandır. Növbəti il isə infilyasiya səviyyəsinin bu il gözlənilən səviyyədən daha aşağı olacağını düşünürəm. Belə ki, 2021-ci illə müqayisə də 2022-ci ilin iqtisadi baxımdan daha stabil bir olacağı şübhəsizdir. Təbii ki, qeydi-qdi gözləntilər, pandemiya xarakterli, müharibə fəsadlı situasiyalar orataya çıxmayacağı təqdirdə biz tədricən iqtisadi həyatın öz axarına düşəcəyini müşahidə edəcəyik. Hazırkı durum isə onu deməyə əsas verir ki, sadaladığım neqativ halların baş vermə riski çox aşağıdır. Bu səbəbdən qarşıdakı ildə bu illə müqayisədə, 0,6% daha az infilyasiya göstəricilərinin olacağını ehtimal edirəm. Başqa sözlə bu göstəricinin 3,2% faizdən çox olmayacağını düşünürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB