SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Petkim" neft-kimya kompleksinin satışları 18,907 milyard lirə, 2022-ci ildə 17,144 milyard lirə səviyyəsində gözlənilir. SİA bu barədə Türkiyənin "Yapı Kredi" bankına istinadən məlumat verir.

Qeyd olunur ki, 2020-ci ildə "Petkim"in satışlarının həcmi 12,134 milyard lirə təşkil edib.

Neft-kimya kompleksinin ümumi mənfəəti 2021-ci ildə 3,259 milyard lirə, 2022-ci ildə 2,404 milyard lirə, xalis mənfəəti isə müvafiq olaraq 1,647 milyard və 1,195 milyard lirə səviyyəsində proqnozlaşdırılır.

Bank, həmçinin "Petkim"in "SOCAR Türkiyə"yə STAR neft emalı zavodunda 18 faizlik payına görə 240 milyon dollar ödəyəcəyini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə