Manatın fevral ayı üzrə effektiv məzənnələri açıqlanıb

Manatın fevral ayı üzrə effektiv məzənnələri açıqlanıb
Bu il martın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74,7 bənd təşkil edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 bənd az, ötən ilin eyni dövrünə nisbətən isə 0,1 bənd çoxdur. Fevralın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 100,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 1,1 azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə