Baydenin iqtisadi planı elə də təqdir olunmur

Baydenin iqtisadi planı elə də təqdir olunmur

Bildirək ki, Amerika prezidenti Cozef Baydenin 2 trilyon dollarlıq iqtisadi inkişaf planı ölkə işbazları tərəfindən elə də təqdir olunmur. Hər şeydən əvvəl qeyd edək ki, bu planın tətbiqi sabiq prezident Klinton dönəmindən bəri ABŞ-da vergi artımına yol açacaq ən böyük plan kimi dəyərləndirilir. SİA xarici mətbuata istinad edir.

Məsəslən, amerikalı iş adamı Stev Forbes Baydenin bu təşəbbüsünün ölkə iqtisadiyyatına ziyan vurmaq qədər fayda gətirməyəcəyini bildirir. Onun fikrincə, Amerika prezidentinin təklif etdiyi vergi artımları ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər. Amerikalı iş adamına görə, bundan daha çox kiçik müəssisələr əziyyət çəkəcəklər. Bundan əlavə, iş adamlarının korporativ gəlir vergiləri, demək olar ki, dünyada ən yüksək həddə olacaq.

Qeyd edək ki, Stev Forbes Baydenin proqram çərçivəsində Amerika əhalisinin mənzil problemi ilə bağlı önə cəkdiyi müddəaları və ümumiyyətlə, prezidentin təklif etdiyi infrastruktur planının ciddi qüsurlarla müşahidə olduğunu bildirir. Forbesə görə, bu plan Amerika iqtisadiyyatı üçün fayda verməkdən daha çox problem yaradacaq.

İş adamənın fikrincə, pandenimiyanın aradan qalxması ilə Amerikadakı özəl sektorların qazanc əldə etməyə başladığı bir zamanda Baydenin planı yüksək vergilər tətbiqi onların gəlirlərini əllərindən alacaq.

Yəni Vaşinqton bu şirkətlərin işlərini modernləşdirmək və genişləndirmək üçün vəsaitsiz qoyacaq. Bundan əlavə, bu plan Amerika müəssisələrinin maliyyələşdirilməsində iştirak edən xarici investorları bu müəssisələrdən uzaqlaşdıracaq.

Bu gün Amerika infrastrukturunun təxminən üçdə ikisinə özəl sektorların sahiblik etdiyini, onu necə səmərəli qurmağı və saxlamağı bacaranlardan biri olduğunu deyən iş adamı hökumətin müdaxilə etdiyi halları istisna etməklə, orada heç bir böhran və problemin olmadığını bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə